"Prezident Azərbaycanın haqlı mövqeyini bir daha mühüm tribunaların birindən bütün dünyaya çatdırdı"

"İndi informasiya cəbhəsində zəfərimizi möhkəmlətməliyik və bütün dünyaya haqlı mövqeyimizi çatdırmalıyıq. Prezident İlham Əliyev bütün yüksək tribunalardan mövqeyimizi, zəfərimizi dünyaya bəyan edir, Azərbaycanın qüdrətini nümayiş etdirir. İndi tutduğu mövqedən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı bu məsələyə öz töhfəsini verməlidir"

Bunu Olaylar.az-a Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar fikirlərini şərh edən, siyasi ekspert Rəfail Becanov söyləyib.

"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci Zirvə Toplantısı Azərbaycan üçün çox əhəmiyyətli oldu. İƏT-ə üzv ölkələr konsensusla qəbul edilən yekun bəyanatında Azərbaycanı qələbə münasibətilə təbrik etdilər. Bu, mühüm bir hadisədir. O cümlədən yekun hesabatlarda dəhliz anayışı birmənalı olaraq üzv ölkələr tərəfindən qəbul edildi. 

Soçi görüşünün ardınca Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli uğur qazandı. İƏT üzvü olan ölkələr Azərbaycanın haqlı mövqeyini təqdir etdilər. Bu da onu göstərir ki, 30 il işğala məruz qalan Azərbaycan düzgün addım atıb. Çünki işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin 4 Qətnaməsi Ermənistan tərəfindən icra olunmurdu, beynəlxalq birlik isə susurdu. ATƏT-in Minsk Qrupu çərçivəsində 28 il ərzində heç bir irəliləyiş əldə edilmədi. Bir sözlə, sülh ideyası artıq fiaskoya uğramışdı. Əvəzində isə Ermənistanın təxribat coğrafiyası daha da genişlənirdi. Bu təxribatlar artıq Qarabağ regionu çərçivəsindən çıxır, bütün Azərbaycan sərhədlərini əhatə edirdi. Ona görə də Azərbaycan məcburiyyət qarşısında bu qətnamələri də özü icra etməli oldu. Ərazilərini işğaldan azad, sərhədlərinin isə təhlükəsizliyini təmin etdi.   

Prezident İlham Əliyev Zirvə Toplantısında çıxış edərək, Azərbaycanın iqtisadi uğurları və 44 günlük Vətən müharbəsində ölkəmizin böyük zəfəri ilə bağlı üzv ölkələri bir daha məlumatlandırdı. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini bildridi. Üzv ölkələri bu dəhlizdən istifadəyə çağırdı. Prezident Azərbaycanın haqlı mövqeyini bir daha mühüm tribunaların birindən bütün dünyaya çatdırdı. Azərbaycana qarşı aparılan informasiya müharibəsində, əks-təbliğat kampaniyasına qarşı faktlarla çıxış etdi. Bu isə informasiya cəbhəsində mühüm qələbələrimizdən biri sayılmalıdır. 

Biz müharibəni udmuşuq, torpaqlarımızı azad etmişik, zəfər qazanmışıq. İndi informasiya cəbhəsində zəfərimizi möhkəmlətməliyik və bütün dünyaya haqlı mövqeyimizi çatdırmalıyıq. Prezident İlham Əliyev bütün yüksək tribunalardan mövqeyimizi, zəfərimizi dünyaya bəyan edir, Azərbaycanın qüdrətini nümayiş etdirir. İndi tutduğu mövqedən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı bu məsələyə öz töhfəsini verməlidir"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31