Azərbaycanın qələbəsi siyasi və iqtisadi müstəvidi möhkəmlənir

"Ermənistanda KTMT üzvü olan  üç dövlətin-Qazaxıstan, Qırğızıstan və Tacikistanın Azərbaycanı torpaq bütünlüyünü bərpa etməsiylə bağlı təbriklərinin doğurduğu reaksiya təbiidir. Çünki 44 günlük savaşda əldə etdiyimiz qələbəni siyasi və diplomatik müstəvidə ardıcıl olaraq necə möhkəmlətdiyimizi görürlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  arxalılardan sayıldıqları,  özləri haqda çox yüksək fikirdə olmalarına baxmayaraq onlar bunu bacarmamışdılar: "Ona görə də bu, hayları cəbhədəki rüsvayçı məğlubiyyətlərindən heç də az rəncidə etmir. Ona görə də qəzəblənir və qəzəblərini xislətlərindən, eləcə də  zavallılıqlarından qaynaqlanan təhqirlə ifadə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31