Afinada Qarabağ problemi müzakirə olunub

Yunanıstana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Rövşən Muradov bu ölkənin sabiq xarici işlər naziri, millət vəkili Dora Bakoyanislə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, görüşdə Cənubi Qafqazdakı münaqişələr, eləcə də Dağlıq Qarabağ daha aktiv fəaliyyət problemi müzakirə olunub. Dora Bakoyanis Cənubi Qafqaz regionunun inkişafına böyük mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinin daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb. O, problemin həlli məqsədilə danışıqların aparılmasına Yunanıstanın evsahibliyi edə biləcəyini söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00