Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu açıqlayıb
29 Noyabr 2021 15:30 SiyasətTürkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında böhranın həllində iştirakına ümid edir və Moskva ilə bu mövzunu müzakirə etməyə davam etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
Noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında Ukraynanın ölkənin cənub-şərqində vəziyyətin təhlükəli sabitliyinin pozulmasına və gərginliyin artmasına töhfə verdiyini bildirib.
Bundan əvvəl, sentyabrın 29-da Soçidə Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılıb. Rusiya prezidentinin qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. O, müvafiq şöbələrin bütün istiqamətlərdə bir-biri ilə daim qarşılıqlı əlaqədə olduğunu diqqətə çatdırıb.