Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar
29 Noyabr 2021 12:49 Siyasət"Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı başa çatsa da müzakirələr davam edir. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionda sülh və təhlükəsizliyin təmin olunması, region ölkələrinin inkişafı üçün çox əhəmiyyətli platformadır. Aşqabad Sammitində qəbul edilmiş sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, bu əhəmiyyətli platformada Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı regionun gəlcək inkişafına xidmət edən, bölgədə iqtisadi əməkdaşlığa töhfə verən Zəngəzur dəhlizi ilə bağlı məqamları iştirakçıların diqqətinə çatdırıb: "Bundan əlavə, üzv ölkələrin işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma layihələrinə investisiya ayırması üçün çağrışların edilməsi zəruri addım idi. Postmüharibə dövründə yeni iqtisadi modellərin tətbiqi və Azərbaycanın bu istiqamətdə təşəbbüsləri strateji istiqamətlərə hesablanmış hədəfdir".