Milli Şura vahid namizəd məsələsində razılığa gələ bilməyəcək
7 İyun 2013 13:02 Siyasət"Milli Şuranın vahid namizəd məsələsində razılığa gələcəyinə inanmıram". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxış edib. Bildirib ki, vahid namizəd müxalifət kəsiminin əsas qüvvələrini özündə əhatə etməlidir: "Hətta bu gün Milli Şura elan olunmuş tərkibdə hər hansı bir namizəd üzərində dayansa belə, bu müxalifətin vahid namizədi olmayacaq. Bu Milli Şurada təmsil olunmuş müxalifət partiyalarının ümumi namizədi olacaq. Çünki müxalifəti təmsil edən bir sıra partiyalar, o cümlədən biz də bu seçkilərə namizəd kimi qatılmaq niyyətindəyik. Bizimlə Milli Şuranın, hakimiyyətin seçki namizədləri arasında ciddi rəqabətimiz olacaq". VİP sədri hesab edir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər rəhbərlik etdiyi partiyanın namizədi olaraq ona bu seçkilərdə ciddi rəqib olacaq.