Putin üçtərəfli görüşdə bəyan etdi: Dekabrın 15-nə qədər bunun olmasını istəyirik
26 Noyabr 2021 18:59 Siyasət"Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik".
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
"Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin", - o bildirib.
Qeyd edək ki, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31