Deputat : “Bizim üçün nəticəsiz görüş yoxdur”
26 Noyabr 2021 14:02 Siyasət"Soçi görüşü öncəsi hər kəs yalnız bir reallığa köklənməlidir. Cənab İlham Əliyev görüşə qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi gedir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Deputat bildirib ki, gündəmi də, gündəliyi də biz müəyyən edirik, proseslərin sonrakı məcrasını da ancaq və ancaq biz dəyişə bilərik: "Bizim üçün nəticəsiz görüş yoxdur, zatən zaman Azərbaycanın xeyirinə işləyir və bu mənada razılıq olmayacaqsa itirən Ermənistan olacaq. Əlbəttə, biz müzakirələrin davamlı sülhə xidmət etməsinin tərəfdarıyıq, lakin, proseslər əks istiqamətdə cərəyan edərsə, yəqin ki, yaxın bir əsrlik tarixi dövrə istinad etməli olacaq ki, bu istinad da İrəvan üçün arzuolunan deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31