ABŞ Konqresinin üzvü Ed Vitfild Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib

4 iyun 2013-cü il tarixində ABŞ Konqresinin Kentukki ştatından olan üzvü Ed Vitfild (Ed Whitfield) Azərbaycanın Respublika Gününün 95-ci ildönümü münasibətilə bəyanatla çıxış etmişdir. Konqresmen bəyanatda Azərbaycanın əvvəl İraqda, indi isə Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara töhfəsini xüsusi qeyd etmişdir. O, Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində 12 beynəlxalq konvensiyaya qoşulduğunu və bu sahədə regional sazişlər, NATO və ATƏT kimi beynəlxalq qurumlar vasitəsilə əməkdaşlıq etdiyini bildirmişdir. Eyni zamanda, Konqresmen Vitfild Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00