Baş nazir rusiyalı həmkarına başsağlığı verdi
26 Noyabr 2021 11:37 SiyasətAzərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə OLaylar.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Kemerovo vilayətində "Listvyajnaya" kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31