Razı Nurullayev Finlandiya səfiri ilə görüşüb

Noyabrın 23-də Milli Məclisdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Razi Nurullayev Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Yohanna Narinen ilə görüşüb.Olaylar xəbər verir ki,
Razi Nurullayev  etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş səfiri təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Deputat Azərbaycanın Finlandiya ilə münasibətlərə önəm verdiyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Sonra qonaqlara Vətən müharibəsi və onun nəticəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Ermənistanın 30 illik işğalının acı nəticələri barədə məlumat verilib, regionda iqtisadi əməkdaşlığın və davamlı sülhün möhkəmləndirilməsi imkanlarından bəhs edilib.
Səfir Kirsti Narine Finlandiyanın Azərbaycan ilə sıx əməkdaşlıq qurmaqda maraqlı olduğunu qeyd edib. Ölkəsinin sərhədlərin hərbi yolla dəyişdirilməsinə qarşı olduğunu deyən diplomat keçmişə deyil gələcəyə baxmağın vacibliyinə diqqət çəkib. Azərbaycanın Avropanın enerji diversifikasiyasında roluna toxunan səfir rəsmi Bakının keçirdiyi böyük tədbirlərin möhtəşəmliyini vurğulayıb.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əhliman Əmiraslanov, qrupun digər üzvləri Etibar Əliyev, İsa Həbibbəyli, Ülviyyə Həmzəyeva və Müşfiq Məmmədli də çıxış ediblər, Finlandiya ilə əlaqələrimizi genişləndirmək imkanları haqqında fikirlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31