Deputatımız Gürcüstanda səfərdə olacaq
24 Noyabr 2021 14:41 SiyasətMilli Məclisin deputatı Musa Qasımlı noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə gedəcək. MM-dən Olaylar a biladirilib ki, səfər çərçivəsində Musa Qasımlı Suxumi Dövlət Universitetinin və Türkiyənin Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçiriləcək "XX əsrdə türk-gürcü münasibətləri" adlı simpoziumda iştirak edəcək.
Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda deputatımız "Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri" mövzusunda məruzə edəcək.
Səfər noyabrın 28-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31