Bu gün hakim partiya prezidentliyə namizəd irəli sürəcək

YAP-ın namizədi hazırkı prezident İlham Əliyev olacaq

Bu gün hakim Yeni Azərbaycan Partiyasının V qurultayı keçiriləcək. ANS PRESS-in məlumatına görə, "Buta Palace"də baş tutacaq. Hakim partiyanın funksionerləri dəfələrlə bildiriblər ki, Yeni Azərbaycan Partiyasının bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədi qurultayda irəli sürüləcək və bu namizəd YAP sədri, hazırkı ölkə prezidenti İlham Əliyev olacaq.Qeyd edək ki, hakim partiyanın sonuncu qurultayı 5 il bundan əvvəl keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00