Gələcəkdə ehtiyac meyarı olmayacaq - Musa Quliyev

"Yaxın gələcəkdə yəqin ki ehtiyac meyarı olmayacaq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə bugünkü çıxışı zamanı deyib. O qeyd edib ki, bu məsələ gələcək hədəflərdən biridir: "Ünvanlı sosial yardımı üçün təyin etmək üçün yaşayış minimumundan istifadə edəcəyik". Qeyd edək ki, gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31