Gələn ilin ehtiyac meyarı II oxunuşda qəbul edildi

Milli Məclis "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsini ikinci oxunuşda təsdiq edib. Olaylar -ın məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.
 
Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub. Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31