Prezident Fərhad Xəlilov ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az  xəbər verir ki, o, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31