Prezident İlham Əliyev Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb
22 Noyabr 2021 14:59 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31