Rusiya və Fələstin prezidentləri görüşəcək
22 Noyabr 2021 14:15 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Soçidə fələstinli həmkarı Mahmud Abbasla danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidmətindən verilən məlumatda bildirib.
"Liderlər Rusiyanın Fələstin-İsrail problemini həll etmək səylərini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gələcək inkişafını və Yaxın Şərq regionunda ümumi vəziyyəti nəzərdən keçirəcəklər", - mətbuat xidməti qeyd edib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bir müddət əvvəl, ölkə lideri bir sıra qlobal və regional problemlərə, xüsusən də Yaxın Şərq münaqişəsinin həllinə toxunmağa hazırlaşdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31