Deputatımız Yunanıstanda siyasi partiya təmsilçiləri ilə görüşəcək

"ATƏT PA-nın Cənubi-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi kimi 22- 24 noyabr tarixlərində Yunanıstana etdiyim səfər çərçivəsində parlament, hökumət və siyasi partiya təmsilçiləri ilə görüşlərim nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev bildirib. A.Quliyev yunan həmkarları ilə qarşılıqlı maraq doğuran məsələləri, regionda mövcud olan çağırışları və bu çağırışların həllində ATƏT PA-nın iştirakını və rolunu ətraflı müzakirə etmək imkanının olacağına ümid etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31