İP-nin bəzi üzvləri Milli Şuradana imtina edirlər
6 İyun 2013 18:03 SiyasətİP Koordinasiya Şurasının bəzi üzvləri Milli Şurada təmsil olunmaq istəmirlər. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) bəzi üzvləri Milli Şurada təmsil olunmaq fikrində deyil. Bu barədə APA-ya İP KŞ üzvü Rafiq Manaflı məlumat verib.
R.Manaflı bildirib ki, Koordinasiya Şurasının bəzi üzvlərinin Milli Şuraya qoşulmamağa müəyyən əsasları var: "Lakin Milli Şuraya qoşulmamaq üzvlərin şəxsi fikridir. Lazım olarsa, özləri bunun səbəblərini açıqlayarlar. Hər halda müəyyən əsasları var".
İP KŞ üzvü Vidadi Mirkamal isə APA-ya deyib ki, Milli Şurada təmsil olunmaq ümumilikdə Koordinasiya Şurasına deyil, ayrı-ayrı fərdlərə təklif edilib: "Milli Şurada təmsil olunmaq üzvlərin şəxsi qərarlarıdır. Ona görə də, Koordinasiya Şurasının bu məsələni müzakirəyə çıxarması düzgün deyil".