İlham Əliyev və Paşinyan arasında razılaşma - Bəyanat

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında daha bir razılıq əldə edilib.

Bu barədə Avropa İttifaqının bəyanatında bildirilib.

"Telefon danışıqları zamanı (Avropa Şurasının rəhbəri Şarl Mişellə - red.) Ermənistan və Azərbaycan liderləri, həmçinin müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılaşdıqları haqda Aİ məlumat yaymışdı.

Mənbə: axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31