İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq
20 Noyabr 2021 10:07 SiyasətRusiyanın RİA Novisti xəbər agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Azərbaycan və Ermənistan liderləri 15 dekabrda Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirmək barəsində razılaşıblar. Hətta tərəflər arasında baş verən insidentləri aradan qaldırmaq məqsədi ilə müdafiə nazirləri səviyyəsində birbaşa xəttin yaradılması barədə də razılığa gəliblər.
"OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Samir Hümbətov deyib ki, bu iki xəbərin çox böyük əhəmiyyəti olduğunu düşünmək mümkündür: "Əgər bu görüş baş tutarsa, tərəflər arasında bəzi məsələlərdə razılıq əldə edilməsi daha real görünə bilər. Həm də bu görüş Moskvanın təzyiqi olmadan, tərəflərin daha rahat dil tapmasına şərait yaratmış olar. Burada əsas diqqət çəkən bir neçə məsələ var.
1. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannaməsinin şərtlərinə əməl edilməsi.
2. Sərhəddə baş verən hadisələri dinc yolla həll etmək və Rusiyanın məsələyə müdaxiləsini mümkün qədər azaltmaq,
3. Tərəflər arasında belə görüşlərin mütəmadi hal alması və sülh danışıqlarını tərəflərin həm də birbaşa aparması haqqında razılığa gəlmək.
4. Sərhədlərin delmitasiya və demarkasiyası məsələsini daha da sürətləndirmək.
5. Əgər Paşinyan bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Moskvada oıduğu kimi Ankarada da keçrilməsi mümkün ola bilər".
Ekspert bildirib ki, bu görüş baş tutarsa, ölkə başçısı cənab İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq: "Fikrimcə, Paşinyan da qərbin adamı olduğu üçün, Brüsseldə Putinin təzyiqini daha çox üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edə bilər".
Süleyman İsmayılbəyli