Misir parlamentinin sabiq birinci vitse-spikeri Zəfər Günü münasibətilə Sahibə Qafarovaya təbrik məktubu göndərib
19 Noyabr 2021 16:10 Siyasət8 Noyabr - Zəfər Günü münasibəti ilə Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərif Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.
Seyyid Mahmud Şərif təbrik məktubunda qardaş Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə daim əmin-amanlıq və tərəqqi içində yaşamasını arzulayıb.
Azərbaycan parlamentinin rəhbərinə ən səmimi arzu və təbriklərini çatdırmaqdan iftixar və məmnunluq duyduqlarını bildirən sabiq birinci vitse-spiker vurğulayıb ki, qardaş Azərbaycana beynəlxalq səviyyədə tanınmış torpaqlarını qaytaran bu Zəfər həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.
Ölkəmizə etdiyi səfərlər zamanı burada ən müxtəlif sahələrdə inkişafın şahidi olduğunu məmnunluqla qeyd edən Seyyid Mahmud Şərif, eyni zamanda, Azərbaycanda dinc yanaşı yaşamağın və plüralizm dəyərlərinin bariz nümunəsini gördüyünü, həmçinin xalqlarımız arasında dərin məhəbbətin olduğunu vurğulayıb.