“Biz artıq Zəngəzurdayıq!!!”

"Biz artıq Zəngəzurdayıq!!! Milli iradəni ifadə edən zəka və xarakter Azərbaycan xalqının yüz illik arzularını gerçəkləşdirməyə davam edir, yorulmadan hədəflərinə doğru addımlayır!"  "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Zəngəzura, cənab Prezidentin dediyi kimi, hərbi texnika ilə deyil, avtomobillərlə qayıtdıq! Qapadılan yolları, qopardılan bağları, uçurulan körpüləri yenidən bərpa etdik: "Diplomatik məharət, İlahi Ədalətin bərqərar ediləcəyinə olan inam, xalqın iradəsinə, birliyinə söykənilməklə yürüdülən siyasət, strateji düşüncə, uzaq hədəfləri müəyyənləşdirmək və bu hədəflərə doğru bir an da olsun belə tərəddüd etmədən irəliləmək bacarığı bütün hiylələri, xəyanətləri, riyakarlıqları yerlə bir etməyi bacardı!  Yaşasın Azərbaycan! Bizə ZƏFƏR yaraşır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31