Məşhur generalın polkovnik bacısı oğlu vəzifəsindən azad olundu - ƏMR

Naxçıvan Muxtar Respublikasında Daxili İşlər nazirinin vəzifəsindən azad olunmasından sonra, ona yaxın olan polis rəisi də vəzifəsindən azad olunub.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur. (manset)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31