Zelenski 23 rusiyalıya sanksiya tətbiq etdi
18 Noyabr 2021 22:20 SiyasətUkrayna Prezidenti Vladimir Zelenski 23 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Zelenski qərarın icrasına nəzarəti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibinə həvalə edib.
Ümumilikdə sənəddə 28 nəfərin - Rusiya və Ukrayna vətəndaşları, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının siyahısı var. Sanksiyalara, o cümlədən, aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, resursların tranzitinin dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması, iqtisadi öhdəliklərin icrasının dayandırılması, dövlət əmlakının özəlləşdirilməsində və icarəsində iştirakın qadağan edilməsi daxildir.
Mənbə: qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31