Düşmən Tovuzu atəşə tutdu - RƏSMİ
18 Noyabr 2021 11:37 SiyasətErmənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Bu barədə Olaylar.az Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31