Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı açıqlanıb. "Olaylar" xəbər verir ki, parlamentin növbəti toplantıları noyabrın 23-ü və 24-də keçiriləcək. İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31