Ankarada Türkiyə ilə İspaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

İspaniyanın Baş naziri Pedro Sançes Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın Baş naziri Pedro Sançes arasında ikitərəfli görüş keçirilib.

Sonra Türkiyə-İspaniya Hökumətlərarası 7-ci Zirvə görüşü keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Pedro Sançesin Türkiyə Prezident Administrasiyasında birgə mətbuat konfransı olub.

Türkiyə-İspaniya münasibətlərinin inkişaf istiqamətlərini yüksək dəyərləndirən liderlər gündəlikdə duran məsəllərdən bəhs ediblər.. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, müdafiə sənayesində də birgə əməkdaşlıq böyük nəticələr verməkdədir.

Səfərin faydalı olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, 600 İspan şirkəti Türkiyəyə sərmayə qoyub, tərəflər müəyyən edilmiş hədəflərə çatmaq üçün qərarlıdırlar.

Baş naziri Pedro Sançes deyib: "Türkiyənin Avropa İttifaqının bir parçası olmasını istəyirik. Türkiyə sadəcə qonşumuz deyil, Avropa İttifaqının ortaq bir müttəfiqidir".

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31