Türkiyənin və Moldovanın Xarici İşlər nazirlikləri arasında yeni fəaliyyət planı imzalanacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun dəvəti ilə noyabrın 18-də Kişineuya səfər edəcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri səfər çərçivəsində həmkarı Niku Popesku ilə yanaşı, Moldova Prezidenti Maya Sandu, Baş nazir Nataliya Qavrilitsa və parlamentin spikeri İqor Qrosu ilə görüşəcək.

Həmçinin Türkiyə rəsmisinin səfəri münasibətilə iki dövlətin Xarici İşlər nazirlikləri arasında 2022-2023-cü illər üçün məsləhətləşmələr planı imzalanacaq.

Müzakirələr zamanı Moldova-Türkiyə strateji tərəfdaşlığının xüsusilə ticarət, iqtisadiyyat və investisiyalar baxımından möhkəmləndirilməsi yolları nəzərdən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31