Oqtay Əsədov Belçikada Dağlıq Qarabağdan danışdı

Milli Məclisin sədri Oktay Əsədovun rəhbərliyi ilə Belçika krallığında səfərdə olan nümayəndə heyəti Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarla görüşüb. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, görüş zamanı spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Milli Məclisin sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulayaraq söyləyib ki, bu münaqişə regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmazdır. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycanın inkişafı göz önündədir. Qürurverici faktdır ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli forumlara ev sahibliyi edir. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının sədri   Andre Flao ilə görüşüb. Sədr ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz  münaqişənin sülh yolu ilə həllinə inamını hələ   itirməyib və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT TŞ, AŞPA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmayıb. Münaqişəyə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00