Məmurlar hərbçilərə qarşı zalim olmasınlar - DEPUTAT
17 Noyabr 2021 12:11 SiyasətDeputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin hazırlandığını bildirib.
Olaylar xəbər verir ki, deputat bu layihənin Silahlı Qüvvələrin bütün növlərinə aid olduğunu qeyd edib.
Deputatın sözlərinə görə, qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: " Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat maaş verilməlidir. Bu cür məsələlərdə məmurlar zalim olmasinlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31