Deputat hərbçilərin maaşının ikiqat artırılmasını TƏKLİF ETDİ
17 Noyabr 2021 12:05 SiyasətParlamentin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov hərbçilərin maaşlarının artırılması təklifi ilə çıxış edib. Olaylar xəbər verir ki, deputat bunun vacibliyini qeyd edib: "Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb"
Parlamentari güclü ordunun yaradılması üçün Azərbaycanda müddətdən artıq xidmət edən hərbcilərin maaşlarının artırılmasını vacib sayıb:
"Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu onlara stimul verər. Çünki biz gələcəkdə güclü ordusu olan ölkə kimi tanınmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31