Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıtdı
Onlar jurnalistlərə açıqlama verməyib
6 İyun 2013 16:25 Siyasətİran İslam Respublikasında həbs edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Bakıya qayıdıblar. APA-nın xəbərinə görə, onlar bu gün Tehran-Bakı təyyarəsi ilə Bakıya dönüblər. X. Xalid və Ş. Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verməyiblər.
Qeyd edək ki, Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib. Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00