Ordumuz təxribatların qarşısını almaq məqsədilə adekvat tədbirlər görür - Anar Eyvazov

Ermənistan silahlı qüvvələri daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Olaylar.az  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəfin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31