General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı
16 Noyabr 2021 11:35 SiyasətGeneral-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Olaylar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, generalın minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Xatırladaq ki, general-mayor Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb. Sabiq korpus komandiri xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31