Ermənilər rus bazasının ləğvini tələb edir: "Gümrüdəki baza Ermənistan üçün təhlükədir" - Ekspert
15 Noyabr 2021 19:50 Siyasət"Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin suverenliyinə təhlükədir".
Olaylar.az Kanal.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan televiziyasında canlı yayımda erməni ekspert səsləndirib.
Son günlər Ermənistan media məkanında Rusiyanın Gümrüdə yerləşən102-ci hərbi bazasının legitimliyi və məqsədəuyğunluğu məsələsi aktiv şəkildə müzakirə olunur.
Bu dəfə isə erməni ekspert bəyan edib ki, Rusiya bu hərbi baza ilə öz hərbi-siyasi məsələlərini həll edir, Ermənistanın heç bir problemini həll etmir.
"Qarabağ müharibəsi zamanı biz bütün bunları öz gözümüzlə gördük, bu baza bizə ancaq baş ağrısıdı", - deyə ekspert vurğulayıb.
Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı bazası, ilk növbədə, ölkənin suverenliyinə təhlükədir. Rusiyanın buna münasibəti necə olacaq, maraqlıdır...