Xalidə Xalid və onun sürücüsü qayıdır VIDEO
Onların bu gün Azərbaycana gələcəkləri bildirilir
6 İyun 2013 13:55 Siyasətİranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun bu gün Azərbaycana gələcəkləri bildirilir. Xatırladaq ki, onlar aparelin 30-da İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. Lakin Xalidə Xalidin azad olunması ilə bağlı razılıq bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri zamanı əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00