KXCP seçkiyə öz namizədi ilə gedəcək
6 İyun 2013 13:26 Siyasət"KXCP-in yerlərdə seçkilərə hazırlıq işləri davam etdirilir, partiyanın ərazi seçki qərargahları yaradılır. İyunun 2-də artıq Sabirabadda KXCP-ın seçki qərargahı təsis olunub". KXCP sədrinin müavini Xəzər Teyyublu partiyada görülən işlər barədə "OLAYLAR"a məlumat verərəkən belə deyib. X.Teyyublu qeyd etdi ki, partiyanın qarşısında duran əsas vəzifə isə növbəti 4 rayonda seçki qərargahlarının yaradılmasıdır: "Bölgələrdə KXCP-ın rayon təşkilatlarında seçki müzakirələri aparılır. Dairə seçki komissiyalarında, təbliğat-təşviqat məsələrində iştirakçı olan nümayəndələrin siyahısı tutulur və işlər bu istiqamətdə aparılır. Hər həftə KXCP-ın qərargahında seçki müzakirələri keçirilir". Sədr müavini partiyanın 2013-cü ilin prezident seçkilərində hansı mövqedən çıxış edəcəyinə aydınlıq gətirərək bildirib ki, KXCP Mirmahmud Mirəlioğlunun namizədliyi ilə seçkilərə gedir. "Bunun üçün Mirəlioğlunu böyük seçki qərargahı formalaşdırılır. Konstitusiyada nəzərdə tutulmuş vaxtda KXCP öz namizədinin sənədini MSK-ya təqdim edəcək" - Xəzər Teyyublu deyib. ("OLAYLAR" İA)