YAP rəsmisi təkzib edir

Qurultaya nümayəndələrin seçilməsi ilə bağlı heç bir narazılıq yoxdur

"YAP çoxminli partiyadır, ümumxalq partiyasıdır və hər bir kəsin də qurultayda  iştirak etməsini  çox normal qarşılayır. Bu baxımdan qurultayımızı açıq havada keçirsək, yəni, qeyri-məhdud sayda insanları ora dəvət etsək belə, yenə hamının iştirakını təmin etmək mümkün deyil". Bunu deyən  Yeni Azərbaycan Partiyası icra katibinin müavini, vitse-spiker Bahar Muradovanın sözlərinə görə, bu hər kəsin ürəyindən gələn bir arzudur və  ona görə də heç kəs bu məsələdə ittiham oluna bilməz:  "Amma "niyə mən düşmədim" -deyə, ittihamlara  rast gəlməmişəm ki, partiya daxilində belə bir əhval-ruhiyyə olsun.  Kim bu sözü ictimai rəyə ötürür, onu da bilmirəm. Partiya daxilində belə bir fikirlər yoxdur. Yəni, partiya qurultayına düşməyənlər narazı qalsın.  Onlar sadəcə, arzularını ifadə edə bilərlər, amma bu narazılıq kimi qəbul olunmamalıdır və belə bir şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00