Məzahir Pənahov seçkilərdə “exit-poll” keçirənləri tənqid edib

"İndiyə qədər seçkilərdə müşahidəçi kimi iştirak edənlərin çoxu Avropa tələblərinə əsaslansaq qeydiyyata alınmamalı idi"

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərdə "exit-poll" həyata keçirənlərlə bağlı tənqidi fikirlər bildirib. APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında M. Pənhov bildirib ki, seçkilərdə müşahidə aparan və seçkilərin nəticələri ilə bağlı bəyanat verənlərin seçki prosesi barədə anlayışı olmalıdır.

O qeyd edib ki, indiyə qədər seçkilərdə müşahidəçi kimi qeydiyyata alınanları çoxu Avropa tələblərinə əsaslandıqda qeydiyyata alınmamalı idi: "Sadəcə, bizdə hələ ki bu sahədə tam formalaşmış şəxslər yoxdur deyə biz buna göz yumuruq və onları müşahidəçi kimi qeydiyyata alırıq".

MSK sədri növbəti seçkilərdə həmin şəxsləri bu sahədə təkmilləşməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00