Azərbaycan Prezidenti İsveç Kralını təbrik edib
5 İyun 2013 19:43 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "İsveçin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası və İsveç Krallığı arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın və ölkələrimizin maraqlarına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00