Milli Şurada şəffaflıq olmadı

"Ataların bir misalı var, "örtülü bazar dostluğu pozar" . Milli Şuranın yaranması prosesi də məhz bu atalar sözünə uyğun formada yarandı". Bu fikirləri "OLAYLAR"-a AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının "Belə olsa Milli Şurada iştirak etməyəcəyəm" açıqlamasına münasibət bildirərkən səsləndirib. Əli Oruclu qeyd edib ki, Milli Şurada şəffaflıq, açıqlılıq və konkretlik olmadı: "Ümumi prinsiplər və tərkib, qarşıya qoyulan strategiya və taktika razılaşdırılmadı. müzakirələrdən keçmədi. Nəticədə də müəyyən fikir ayrılıqları mətbuatın gündəminə də daşınıldı. Hələ daxili ixtilafların və narazılıqların daha da artması risqləri də qalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00