Oqtay Əsədov Avropa Parlamentinin prezidenti ilə görüşəcək
5 İyun 2013 18:05 Siyasət"Brüsseldə rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin bir sıra görüşləri olacaq". Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O, bildirib ki, səfər çərçivəsində xeyli sayda rəsmi görüşlər nəzərdə tutulur: "Belçika parlamentində Nümayəndələr Palatasının sədri, Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun nümayəndələri görüşəcək. Hər iki qanunvericilik orqanlar arasında əlaqələrlə bağlı olaraq müzakirələr aparılacaq".
Nümayəndə heyətimiz həmçinin Avropa Parlamentində olacaq və təşkilatın prezidenti Martin Şutzla görüşəcəklər: "Avropa parlamentinin xarici əlaqələr komitəsinin sədrilə də görüş olacaq. Daha sonra dostluq qrupunun üzvlərilə görüş keçiriləcək. Azərbaycan nümayəndə heyəti həm də Avropa İttifaqı Şurasında olacaq".