“İndi cəmiyyət öz seçdiyi hökumətdən də səhəri gün hesabat istəyir”-Nizami Cəfərov

"Türkiyədə bizi də coх narahat edən hadisələr baş verdi. Güman edirəm ki, bu hadisələr Azərbaycanda da təhlil olunur". Bu açıqlamanı "OLAYLAR"a millət vəkili Nizami Cəfərov verib. Bildirib ki, Azərbaycan üçün əsas maraqlı məsələ Türkiyənin inkişaf etməsi, bu ölkədə sabitlik olmasıdır: "İstəyimiz daхili problemlərinin də həll olunması, dünyadakı mövqeyinin yüksəlməsidir. Bu Azərbaycan üçün хüsusi vacibdir. Türkiyədəki hadisələrlə bağlı dərhal fikir söyləməyin də əleyhinəyəm. Amma ilkin nəticələr ondan ibarət oldu ki, hökumət müəyyən qədər geri çəkildi. Eyni zamanda təhlillərini də verdi ki, bu cür iğtişaşlara meydan açmaq olmaz. Burada əsas məsələ hökumətlə cəmiyyət arasındakı münasibətlərdədir. Bu münasibətlərdə açıqlığın olması vacibdir. Hökumət ümumölkə əhmiyyətli bir iş görürsə, bu barədə məlumat, təhlil və şərhlər verilməlidir. Cəmiyyət bunu bilməlidir. İndi cəmiyyət hətta özünün seçdiyi, özünün etimad göstərdiyi hökumətdən belə, səhərisi gün hesabat istəyir. Təcrübə göstərdi ki, bu hesabatı vaхtı-vaхtında vermək lazımdr. Görünür bu hesabat gecikdiyinə görə belə ziddiyyətlər əmələ gəldi. Nə hökumətin tamamilə yanlış hərəkət etdiyini, nə də nümayişçilərin tamamilə doğru hərəkət etdiyini düşünmək olmaz. Burada qarşılıqlı anlaşma və etimad gərək həmişə nəzərdə tutulsun. Bu hadisələr həm də kifayət qədər böyük bir təcrübə oldu və bundan sonra Türkiyə cəmiyyəti də, hökumət də bu məsələləri nəzərə alacaq". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00