Azərbaycan ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin müzakirəsində (FOTO)

Elmar Məmmədyarov Amerikada həmin mərkəzlərin rəhbərlərinin ölkəmizə dair suallarını cavablandırıb

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.Azərbaycanın regiondakı mövqeyi, Avropa və regionun enerji təminatında rolu, regional inkişaf layihələri və təhlükəsizlik məsələlərinə dair mövqeyini çatdırıb. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan nazir Elmar Məmmədyarov, tədbir iştirakçılarına ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Azərbaycan-NATO əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətləri barədə söz açıb.Görüşün sonunda nazir Elmar Məmmədyarov iştirakçıların suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00