Barak Obama: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir"
4 İyun 2013 23:35 SiyasətAmerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Prezident İlham Əliyevə məktub ünvanlayıb. Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Bakıda keçirilən Beynəlxalq neft, qaz sərgisi və konfransının 20 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir.
Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm".
---------
11:23
Böyük investisiyalar Azərbaycan resurslarına bir neçə il sonra beynəlxalq bazarlara çıxmağa və enerji təchizatını sabitləşdirməyə kömək edəcək ki, bu da Azərbaycana energetika sahəsində müstəqilliyini və iqtisadi inkişafını möhkəmləndirməyə kömək edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
Obama təbrik məktubunda bildirib: "Mən, cənab Prezident, Sizə və Azərbaycan Respublikası xalqına ən xoş arzularımı çatdırıram".