Devid Kemeron: "Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaq"

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Prezident İlham Əliyevə məktub ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət Kraliça Hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını XX Xəzər neft, qaz sərgisi və konfransı münasibətilə təbrik edirəm.

Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Bu gün bir çoxunun burada da təmsil olunduğu Böyük Britaniya şirkətləri, Azərbaycanda birbaşa xarici investisiyanın, - bu, xüsusilə neft və qaz sektoruna aiddir, - ən böyük mənbəyidir.

Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir və mən bp şirkətinin bu proseslərdə bu cür yaxından iştirakından məmnunluq duyuram.

2013-cü il dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacaqdır. Eyni zamanda, Mərkəzi Asiya qazının Avropaya çıxarılması marşrutu olan "Cənub" dəhlizi ilə bağlı səylərin tam reallaşması üçün hələ də görüləcək işlər çoxdur. Əminəm ki, bu səylər reallığa çevriləcəkdir.

Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, builki neft və qaz sərgisinin iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırmaq istəyirəm. XX Xəzər neft, qaz sərgisi və konfransının işinə uğurlar arzulayıram.

Sağ olun".

---------
11:50

Azərbaycanın enerji resursları, şübhəsiz ki, yaxın illərdə Avropa və beynəlxalq iqtisadiyyat üçün həyati əhəmiyyətli rol oynayacaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz 2013" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Bakıda 20-ci "Xəzər Neft-Qaz 2013" sərgisinin keçirilməsi münasibəti ilə təbrik edirəm. Mən ölkələrimiz arasında kommersiya əlaqələri ilə qurulan ikitərəfli möhkəm münasibətlərin davamını alqışlayıram".

Kemeronun sözlərinə görə, 2013-cu il "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi, həmçinin Avropaya boru kəmərinin son marşrutu haqqında bir sıra vacib qərarların qəbul ediləcəyi çox əhəmiyyətli il olacaq: "Lakin hazırda Mərkəzi Asiya qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya çatdırılması üzrə ambisiyaları həyata keçirmək üçün tam ölçüdə işləmək lazımdır. Və mən əminəm ki, bu ambisiyalar reallığa çevriləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00