Rəsul Quliyev telefonda Əli Kərimlini təhqir etdi-ŞOK!

İctimaipalatka.com-a ilginc məlumat daxil olub. Belə ki, AXCP üzvü olan etibarlı mənbə tərəfindən əldə edilən informasiyaya görə, partiya sədri Əli Kərimli ilə ACP-nin mühacir lideri Rəsul Quliyev arasında telefon danışığı olub.  Telefon danışığını təsadüfi olaraq  dinləyən mənbənin sözlərinə görə, cəbhə sədri Əli Kərimli Rəsul Quliyevdən onun son vaxtlar verdiyi siyasi mövqelərinə və bəyanatlarına dəstək istədiyini bildirib. Lakin ACP lideri AXCP sədri ilə danışmağa vaxtının olmadığını, hazırda görüşdə iştirak etdiyini deməklə, telefonu Ə.Kərimlinin üzünə qapadıb. Ə.Kərimli isə öz növbəsndə yenidən R.Quliyevə zəng edərək, nəyə görə tərbiyəsilik etdiyini soruşub. Nəticədə hər iki partiya rəhbəri arasında söyüş həddində təhqir ifadələri səsləndirilib. Məlumatda o da bildirilib ki, R.Quliyev Ə.Kərimliyə ağır söyüş söyüb. 

Mənbə qeyd edib ki, Ə.Kərimli yaxın günlərdən başalayaraq "Azadlıq" qəzetindəki jurnalistlərə R.Quliyevə qarşı piar kampaniyası aparmaq tapşırıqlarını verib.  Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00