Əli Kərimlinin qrant maxinasiyası

“SOROS” fondundan alınan 80 min dollar Londa yaşayan oğlu Turkel Kərimliyə göndərildiyi məlum olub

Azərbaycan müxalifətinin xarici qüvvələrlə əməkdaşlığı mövcuddur. Xüsusilə də Müsavat və AXCP yetkililərinin anti-Azərbaycan mövqeli qruplarla münasibətləri daha genişdir. Hər il sözügedən partiyalar xarici fondlardan, təşkilatlardan, ayrı-ayrı ölkələrdən milyonlarla manat pul alırlar. İctimaipalatka.com təkcə ötən ay AXCP sədri Əli Kərimlinin "SOROS" fondundan 110 min ABŞ dolları məbləğində maliyyə vəsaiti aldığı bildirilır. Bu barədə adının cəkilməsini istəməyən mənbənin dediyinə görə, alınan maliyyə vəsaiti rayonlarda müşavirələrin keçirilməsinə, secki ilə bağlı bukletlərin, kitabcaların hazırlanmasına və "Azadlıq" qəzetinin texniki təchizatının yaxşılaşdırılmasına xərclənməli idi: "Məlumata görə, 110 min manatın 10 mini kordinator rolunda cıxış edən AXCP-nin beynəlxalq məsələlər üzrə sədr müavini Razi Nurullayevə, 6 min "Azərbaycan saat" verilişində Əli Kərimlinin təbliğatı üçün, 80 min dollar isə Əli Kərimlinin Londonda yaşayan oğlu Turkel Kərimlinin ehtiyaclarının ödənilməsinə və xərclik üçün göndərilib. Qalan pul isə Əli Kərimlini cibinə gedib".  Mənbənin sözlərinə görə, vəsaitin mənimsənməsindən narazı qalan AXCP Rəyasət Heyətinin üzvləri şikayət ərizəsi ilə "SOROS"un ABŞ-dakı baş ofisinə müraciət ediblər. "Amma Əli Kərimli kimi fırıldaq işlərlə məşğul olan bir şəxsin, "SOROS" fondunun ortağının həmin təşkilat tərəfindən cəzalandırılacağı inandırıcı deyil", deyə bu barədə məlumat verən mənbə bildirib.

P.S. İctimaipalatka.com saytının kimə məxsus olduğunu araşdırırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00